MY EDUCATION
Thursday, September 17, 2020
Thursday, July 9, 2020
Anlayışlar
#Fənn kurikulumu- Fənn üzrə təlimin məzmunu, bilik, bacarıq, vərdişləri, təlim strategiyalarını, təlimin prinsipləri, formaları və üsulları qiymətləndirmə
mexanizmlərini əhatə edən konseptual sənəddir.
#Fənn proqramı- Ayrı- ayrı fənlər üzrə bilik, bacarıq və vərdişlərin həcmini, mövzuların tədris ardıcıllığını və həmin mövzulara, yaxud bölmələrə verilən saatların miqdarını müəyyən edən dövlət sənədidir. #Fəaliyyətxətti- Məzmun xətlərində əks olunan biliklərin əldə edilməsində şagirdə praktik imkan yaradır.
#Ümumi təlim nəticələri- Mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
#Məzmun xətti- Fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir.
#Məzmun standartı- Şagirdin bilik, bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir.
#Dövlət standartı- Bilik, bacarıq, vərdiş səviyyəsinə qoyulmuş dövlət tələbidir. #Qiymətləndirmə standartı- Təhsilalanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. #Əsas standart- Fənn üzrə müəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə ümumi şəkildə ifadə edir.
#Alt standart- Əsas standartda ifadə olunmuş fikrin müəyyən hissəsidir.
#Fənn proqramı- Ayrı- ayrı fənlər üzrə bilik, bacarıq və vərdişlərin həcmini, mövzuların tədris ardıcıllığını və həmin mövzulara, yaxud bölmələrə verilən saatların miqdarını müəyyən edən dövlət sənədidir. #Fəaliyyətxətti- Məzmun xətlərində əks olunan biliklərin əldə edilməsində şagirdə praktik imkan yaradır.
#Ümumi təlim nəticələri- Mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
#Məzmun xətti- Fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir.
#Məzmun standartı- Şagirdin bilik, bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir.
#Dövlət standartı- Bilik, bacarıq, vərdiş səviyyəsinə qoyulmuş dövlət tələbidir. #Qiymətləndirmə standartı- Təhsilalanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. #Əsas standart- Fənn üzrə müəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə ümumi şəkildə ifadə edir.
#Alt standart- Əsas standartda ifadə olunmuş fikrin müəyyən hissəsidir.
Sillogizm
İki və ya üç sözü birləşdirərək cümlə halına gətirməklə məntiqi bir şey yarada bilirsənsə bu sillogizm adlanır.
verilmiş müqəddimələrdən məntiq qanunlarına uyğun şəkildə nəticə çıxarmaqdır.
1.Bütün metallar elektrik keçirir.
2.Alüminium metaldır.
3.Alüminium elektrik keçirir.
1. və 2. cümlə böyük və kiçik müqəddimələr, 3. cümlə isə sillogizmin nəticəsidir.
1.Bütün metallar elektrik keçirir.
2.Alüminium metaldır.
3.Alüminium elektrik keçirir.
1. və 2. cümlə böyük və kiçik müqəddimələr, 3. cümlə isə sillogizmin nəticəsidir.
Kompetensiya nədir?
Son zamanlardır bu anlayış geniş yayılıb və müəllimlər tərəfindən tam anlaşılmayan bir terminə çevrilib. Gəlin görək kompetensiya nədir.
“Kompetensiya” sözü latın mənşəli söz olub (yaranma tarixi təqribən 1585-1595-ci illər) mənası – şəxsə işdə və ya situasiyada effektiv davranmaq imkanı verən qabiliyyət, öhdəlik, bilik və bacarıqlar qrupu anlamına gəlir.
Bu söz "yarışmaq bacarığı" kimi də tərcümə olunur.
Bilirik ki, ənənəvi təhsil sistemindən yeni təhsil sisteminə keçid müəyyən tələbat və zərurətlərdən doğmuşdur. Təbii ki, biz ənənəvi üsulu pisləmirik, onun əhəmiyyətini çox gözəl bilirik, lakin cəmiyyətdə baş verən bir sıra dəyişikliklər təhsil sistemində də dəyişiklik yaranmasının zəruri olduğunu aşkarladı. Məsələn:
1. Tez-tez dəyişən həyat şəraiti
2. Vaxt çatışmazlığı, problemlərin artması
3. İnformasiya bolluğu
4. Elm və texnikanın sürətli inkişafı
5. İqtisadi mexanizmlərin inkişafı
6. Hər sahədə inteqrasiya (qloballaşma)
7. Demokratik dəyərlərin dəstəklənməsi və eyni zamanda insan hüquqlarının pozulması
8. Şəxsiyyət azadlığı
9. Təbəqələşmə
10. İnsanlar arasında yadlaşmanın dərinləşməsi
11. Virtual ünsiyyətin yayılması
12. Ömrü boyu oxumaq ehtiyacının yaranması
13. Uşaqların ümumi inkişaf səviyyəsinin artması
14. Cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması
15. Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid
16. Dünya təhsil sisteminə inteqrasiya
Artıq bizim təkcə "bilik" əldə etməyimiz hər şey demək deyildi. Biz bu zərurətləri nəzərə alıb, biliklə bərabər müəyyən bacarıqlara, vərdişlərə, dəyərlərə, keyfiyyətlərə yiyələnməliydik ki, bu sadaladıqlarımızın öhdəsindən gələ bilək.
Yəni biliklər+bacarıqlar+dəyərlər+vərdişlər+keyfiyyətlər=kompetensiya anlayışında cəmlənmişdir.
Daha aydın izah:
Deyək ki, müasir dövr kompüter əsridirsə, şagird mütləq kompüter bacarıqlarına yiyələnməlidir
Hər hansı bir fəaliyyəti səmərəli icra etmək istəyirəmsə mənim biliyim ona kifayət etmir, eyni zamanda bəzi dəyərlərə, bacarıqlara, keyfiyyətlərə, vərdişlərə malik olmalıyam.
Mükəmməl şəxsiyyətə malik şagirddə bu kompetensiyaya daxil olan bütün şeylər cəmləşmişdir. Şagird artıq qərar qəbul etməkdə, hər hansı bir problem həll etməkdə, nəyisə tənqid etməkdə, təhlil etməkdə və s. çətinlik çəkməyəcək.
Hər bir elm sahəsinin özünəməxsus kompetensiyaları, yəni bilikləri, bacarıqları, vərdişləri, keyfiyyət və dəyərləri vardır.
Daha bir izah:
kompetensiya=bilik+bacarıq+vərdiş+keyfiyyətlər+dəyərlər.
Yəni, hər hansı bir mövzu haqqında deyək ki, məlumatımız var, artıq o biliyi bacarığımızda göstəririk, bacarıqları o qədər təkrarlayır, tətbiq edirik ki, artıq vərdişə çevrilir.
Nümunə:
Biologiya fənnində ağacların necə calaq olunması və neçə cür calaq forması var onu öyrənirik. Bu olur bilik.
Sonra bildiyimizi tətbiq edirik. Olur bacarıq. Yəni, calaq necə olunur öyrənmişəm, artıq bacarığımı nümayiş etdirirəm.
Sonra bu bacarığı dəfələrlə təkrarlayıram və bu artıq nəyə çevrilir? Təbii ki, vərdişə. Çünki insan bir şeyi nə qədər çox edərsə, vərdiş etmiş olar
Bu vərdişləri o qədər təkrarlayacağıq ki, artıq biz mükəmməl bir ağac calaq edə biləcəyik və keyfiyyətli bir iş ortaya qoyacağıq.
Artıq ortaya qoyduğum keyfiyyətli iş dəyərləndiriləcək. Qiymət veriləcək ona.
Pedaqoji prosesin mərhələləri
■Hazırlıq=prosesin nəzərdə tutulmuş istiqamətdə və sürətlə baş verməsi üçün zəruri şərait;
■Əsas=prosesin həyata keçməsi üçün qarşılıqlı əlaqələri təmin etmək;
■Yekun=alınan nəticələrin təhlili;
■Əsas=prosesin həyata keçməsi üçün qarşılıqlı əlaqələri təmin etmək;
■Yekun=alınan nəticələrin təhlili;
Sillogizm nədir?
Sillogizm (yun. συλλογισμός) — üç sözdən ibarət məntiqi fikir : iki giriş (aydınlaşdıran) söz və bir nəticə söz.
Sadə qəti sillogizm — deduktiv əqli nəticənin ən çox işlədilən növüdür. Sillogizm elə əqli nəticə formasıdır ki, burada iki hökm orta termin vasitəsilə əlaqələndirilir və yeni bir nəticə hökmü çıxarılır. Sadə qəti sillogizmlər üç hissədən ibarət olur: böyük, kiçik müqəddimələr və nəticə.
Nümunə:
Hər cür cinayət qanun pozuntusudur (böyük müqəddimə) Oğurluq işi cinayətdir (kiçik müqəddimə) - Oğurluq işi qanun pozuntusudur (nəticə)
Sillogizmdə düzgün nəticə almaq üçün sillogizm aksiomuna fikir vermək lazımdır. Yəni, iki həqiqi hökm bir biri ilə düzgün əlaqələndirildikdə nəticə də düzgün alınmalıdır. Hər bir sillogizm düzgün informasiya vermək üçün qaydalara tabe olmalıdır.
Dərslik hazırlamaq
Dərslikləri kurikulumların tələblərinə uyğun səviyyədə hazırlamaq üçün bir sıra mühüm pedaqoji prinsiplərin gözlənilməsi zəruri hesab edilir.
Bunların sırasında aşağıdakılar vardır.
1. Düzgünlük. Bu prinsip dərsliyi qeyri-ciddi faktorlardan uzaqlaşdırır, inandırıcı, stimullaşdırıcı mənbəyə çevirir:
- təlim standartlarına uyğunluq;
- faktorların dəqiqliyi;
- orfoqrafiya, durğu işarələri, qramatik qaydaların gözlənilməsi;
- mübahisəli faktorların olmaması.
2. Əyanilik. Dərslikləri baxımlı etmək, onu şagirdin ən yaxın müsahibinə, eləcə də stimullaşdırıcı vasitəyə çevirmək üçün əyaniliyə mühüm didaktik prinsip kimi müraciət olunur.
- şəkillər, fotolar;
- illüstrasiyalar;
- sxemlər;
- cədvəllər;
- xəritələr;
- qrafiklər
3. Müasirlik. Dərsliyin ən mühüm atributlarından biri onun yeniliyi, müasirliyidir. Dövrün, zamanın tələb və ehtiyaclarını özündə əks etdirməsi, şagirdlər də yenilik əhval ruhiyyəsi yarada bilməsidir.
- sosial-iqtisadi sahələrdəki nailiyyətlərin nəzərə alınması;
- elmin özündəki inkişafın nəzərə alınması;
- təlim materiallarının müasir dünyagörüşü formalaşdırmasına istiqamətlənməsi.
4. Tamlıq. Tədris vasitələrindən biri kimi dərsliyin bütövlüyü, tamlığı onun məzmununda aşağıdakı müəyyən komponentlərin olmasını tələb edir:
- nəzəri materiallar;
- praktik materiallar;
- təsviri materiallar;
- qiymətləndirmə materialları.
5. Ardıcıllıq. Dərsliklərin məzmunundakı materialların sıralanmasında ardıcıllıq mühüm prinsiplərdən biri kimi gözlənilir. Bu zaman ardıcıllığın aşağıdakı parametrləri əsas götürülür:
- psixoloji baxımdan;
- məzmun baxımından;
- təqvim-tematik baxımdan;
- məntiqi baxımdan.
6. Yaş səviyyəsinə uyğunluq. Dərsliklər şagirdlərin yaş səviyyəsinə uyğun hazırlanmalıdır. Bu zaman iki əsas tələb diqqət
mərkəzində saxlanılmalıdır: a) dizayn; b) təlim materiallarının məzmunu, həcmi, maraqlılığı.
7. Təlim vaxtına uyğunluq. Təlim materiallarının miqdarı və ağırlıq çəkisi müəyyənləşdirilərkən ayrılan vaxt nəzərə alınır. Bu zaman nəzəri və praktik materialların balansının gözlənilməsi, standartların reallaşdırılmasına yönəldilməsi zəruri hesab edilir.
8. Oxunaqlıq. Oxunaqlığın nəzərə alınması üçün ilkin olaraq, məzmun materiallarının maraqlı olması vacib hesab edilir.
9. İnklüzivlik. Bu prinsip əsasında yazılmış dərslik özünün əhatəliliyinə görə seçilməlidir. Təlim prosesində yalnız bir səviyyəni deyil, müxtəlif səviyyələri ehtiva etməlidir. Həm
istedadlı, həm də müəyyən səbəblərdən geridə qalan şagirdlərin təlim maraqlarını ödəyə bilməlidir.
10. Fəal təlim üçün şəraitin yaradılması. Fəal təlim müasir təhsil prosesinin əsas atributlarından hesab edilir. Onun qurulmasında bir çox amillərlə yanaşı, dərslik də həlledici rol oynayır. Nəticəyönümlü kurikulumlar məhz belə dərsliklərin hazırlanmasını tələb edir
11. Gigiyenik tələblərə uyğunluq. Dərsliklər həm də gigiyenik tələblərə cavab verməli, ona uyğun hazırlanmalıdır. Bu zaman Azərbaycan Hökuməti ilə razılaşdırılmış “Ümumtəhsil sistemində dərslik siyasəti” və Təhsil Nazirliyinin qəbul etdiyi “Dərsliklərin texniki və gigiyenik standartları” adlı normativ sənədlərə istinad olunmalıdır...
Subscribe to:
Comments (Atom)
-
Dərslikləri kurikulumların tələblərinə uyğun səviyyədə hazırlamaq üçün bir sıra mühüm pedaqoji prinsiplərin gözlənilməsi zəruri hesab edili...
-
L. S. Vıqotskinin “təlim həmişə inkişafından irəlidə gedir və onu da öz arxasınca aparır” müddəasına əsaslanan rus psixoloqları inkişafetdi...