Thursday, July 9, 2020

Anlayışlar

#Fənn kurikulumu- Fənn üzrə təlimin məzmunu, bilik, bacarıq, vərdişləri, təlim strategiyalarını, təlimin prinsipləri, formaları və üsulları qiymətləndirmə mexanizmlərini əhatə edən konseptual sənəddir.
  #Fənn proqramı- Ayrı- ayrı fənlər üzrə bilik, bacarıq və vərdişlərin həcmini, mövzuların tədris ardıcıllığını və həmin mövzulara, yaxud bölmələrə verilən saatların miqdarını müəyyən edən dövlət sənədidir. #Fəaliyyətxətti- Məzmun xətlərində əks olunan biliklərin əldə edilməsində şagirdə praktik imkan yaradır.
 #Ümumi təlim nəticələri- Mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
 #Məzmun xətti- Fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir.
 #Məzmun standartı- Şagirdin bilik, bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir.
  #Dövlət standartı- Bilik, bacarıq, vərdiş səviyyəsinə qoyulmuş dövlət tələbidir. #Qiymətləndirmə standartı- Təhsilalanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. #Əsas standart- Fənn üzrə müəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə ümumi şəkildə ifadə edir.
 #Alt standart- Əsas standartda ifadə olunmuş fikrin müəyyən hissəsidir.

No comments:

Post a Comment

Cədvəl tərtib etmə və canlı dərs